Magistraturaya hazırlıq

Magistraturaya hazılıq kurslarında sizlərə imtahan üçün tələb olunan Məntiq, İnformatikaXarici dil üzrə fənlər yüksək ixtisaslı müəllimlər tərəfindən tədris olunur. Hər bir fənn üzrə dərslərin keçirilmə mexanizmi, biliyin bütün mərhələlərdə yoxlanılması, qiymətləndirilməsi sxemi işlənib hazırlanmışdır. Tədris proqramı Dövlət İmtahan Mərkəzi tərəfindən təsdiq olunmuş proqram əsasında tərtib olunmuşdur. Tədris proqramına başlamamışdan öncə bilikləriniz yoxlanılır və bilik səviyyənizə uyğun olaraq qruplara təyin olunursunuz. Hər bir fənn üzrə keçrilən dərslər həftədə 3 dəfə olmaqla 90 dəqiqə müddətində davam edir. Həftə sonu biliklərinizi yoxlamaq məqsədilə yoxlayıcı sınaq imtahanalarında iştirak edə bilərsiniz. Proqramın sonunda isə bütün fənlər üzrə biliklərinizi yoxlamaq və ümumiləşdirmək məqsədilə ümumi sınaq imtahanları təşkil olunur, zəif tələbələrə əlavə dərslər təşkil edilir. Dərslər magistratura hazırlığı sahəsində tanınmış DİM ilə əməkdaşlıq edən ekspertlərimiz tərəfindən aparılır. DİM-in seminarlarına mütəmadi qatılan ekspertlərimiz imtahan suallarının standartlarının müəyyən olunması və testlərin tərtibatı ilə bağlı müzakirələrdə iştirak edirlər. Qəbul İmtahanları ilə əlaqədar qəbul olunan yeniliklər və dəyişikliklər haqqında ən etibarlı məlumatları operativ şəkildə əldə edir və tələbələrə çatdırırlar. Tələbələrimiz də test formatlarından, standartlarından,DİM sistemindəki dəyişikliklərdən vaxtında xəbərdar olaraq hazırlıqlarını buna uyğun edirlər.
      Dərs saatlarının fənlər üzrə bölgüsü:
• Məntiq: Həftədə 2 dərs ( 1 dərs 90 dəq. )
• İnformatika: Həftədə 2 dərs ( 1 dərs 90 dəq. )
• Xarici dil ( ingilis və rus dilləri ): Həftədə 2 dərs ( 1 dərs 90 dəq. )
     İmtahanlar:
• Həftəlik – Fənn üzrə Daxili test yoxlamaları ( Kuizlər )
• Aylıq – Aylıq sınaq imtahanları ( Ümumi sınaq )
• İmtahanlarda zəif nəticə göstərilən fənlərdən əlavə pulsuz dərslər keçirilir.

  • IELTS

  • FREE Conversation Club