Dövlət qulluğuna qəbul olmaq istəyənlərin nəzərinə çatdırırıq ki, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya vətəndaşların Dövlət qulluğuna qəbulunu həyata keçirtmək məqsədilə il ərzində bir və ya bir neçə dəfə (vakant yerlərin təqdim edilməsindən aslıdır) müsabiqə elan edir. Müxtəlif dövlət orqanları öz vakant yerlərini müsabiqəyə çıxartmaq üçün Komissiyaya təqdim edir. Müsabiqə test və müsahibə mərhələsindən ibarətdir. Test mərhələsində 100 suala cavab vermək tələb olunur. Test imtahanında mümkün olan baldan inzibati vəzifələrin altıncı-yeddinci təsnifatlarına uyğun olan vəzifələr üzrə ən azı 75 faizini (yəni 75 bal ), inzibati vəzifələrin səkkizinci-doqquzuncu təsnifatlarına uyğun olan vəzifələr üzrə isə ən azı 70 faizini (yəni 70 bal ) toplamış namizəd imtahanı müvəffəqiyyətlə vermiş hesab edilir və müsahibə mərhələsinə buraxılır. Müsahibə mərhələsində uğur qazananlar isə müxtəlif dövlət orqanlarında işə təyin olunma imkanı əldə edirlər.
Suallar aşağıdakı istiqamətlər üzrə müəyyən edilir:
• Qanunvericilik bölməsi üzrə- 40 sual
• Məntiq bölməsi üzrə- 30 sual
• İnformatika bölməsi üzrə- 15 sual dəq.
Dünyagörüşü (tarix, coğrafiya, azərbaycan dili ) bölməsi üzrə- 15 sual
Hazırlıq Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq olunmuş 4 istiqamət üzrə aparılır.
• Dünyagörüşü
• Qanunvericilik
• İnformasiya texnologiyaları
• Məntiqi düşünmə qabiliyyəti
Ayda iki dəfə sınaq imtahanı keçirilir. Hər fənn həftədə 2 dəfə olmaqla 3 saat keçirilir. Kursun ümumi müddəti 3 aydır.